Oyun hesabı nədir?
Oyun hesabı - oyunçunun oyundakı şəxsi profilidir: adı, səviyyəsi, aldığı əşyalar və oyundaxili pulu orada saxlanılır.
Hər oyunun öz hesab sistemi var. PUBG Mobile-da hesab «Character ID» adlanan rəqəmlə tanınır, Free Fire-də «Player ID» ilə. Rəqəmsal məhsul alanda ödəniş məhz bu hesaba yüklənir - parol və ya giriş məlumatı tələb olunmur.
Oyun hesabını heç kimə vermək lazım deyil. Yükləmə üçün yalnız hesabın ID nömrəsi kifayətdir; parol istəyən yer təhlükəlidir.
Həm də deyilir:
hesaboyun profiligame accountakkaunt