OYUN QURDU
AZ
Giriş
← Bələdçilər

PUBG Mobile-a UC necə yüklənir

UC oyunçu ID-sinə yüklənir - nə hesab şifrəsi, nə də oyuna giriş lazım deyir. Bütün proses dörd addımdır və adətən bir neçə dəqiqə çəkir.

1 dəqiqəlik oxu · Yenilənib 06.09.2026
  1. 1 Oyunçu ID-nizi tapın Oyunu açın, sol yuxarıdakı profil şəklinizə toxunun. ID nömrəsi adınızın altında yazılıb. Nömrənin üstünə basıb kopyalaya bilərsiniz.
  2. 2 Paketi seçin Saytda PUBG Mobile UC kateqoriyasına girin və istədiyiniz paketi səbətə atın. Paketin yanındakı qiymət son qiymətdir - üstünə komissiya əlavə olunmur.
  3. 3 ID-ni yazın və ödəyin Sifariş verərkən oyunçu ID-si soruşulur. Onu diqqətlə yoxlayın: səhv ID-yə yüklənən UC geri qaytarılmır, çünki başqa hesaba düşür. Ödəniş balansınızdan çıxılır.
  4. 4 Oyunu yenidən başladın UC hesabınıza düşəndən sonra oyunu bağlayıb yenidən açın. Balans dərhal görünmürsə bir-iki dəqiqə gözləyin.

UC (Unknown Cash) PUBG Mobile-ın öz pulu sayılır: onunla Royale Pass, geyim sandığı və oyun içi mağazadan alışlar edilir.

Yükləmə üçün yeganə lazım olan şey oyunçu ID-nizdir. Bu, hesabınızın açıq nömrəsidir - şifrə deyil və onu paylaşmaq hesabınıza giriş imkanı vermir.

Tez-tez verilən suallar
UC yüklənməsi nə qədər çəkir?

Adətən bir neçə dəqiqə. Sifarişin vəziyyətini «Sifarişlərim» səhifəsindən izləyə bilərsiniz; gecikmə olarsa dəstəyə yazın.

Hesab şifrəmi verməliyəm?

Xeyr. UC yalnız oyunçu ID-si ilə yüklənir. Şifrə istəyən yerə şifrənizi verməyin - bu, mağaza olsun ya şəxs, fərq etmir.

Səhv ID yazsam nə olur?

UC həmin ID-nin sahibinə düşür və geri qaytarılmır. Ona görə sifarişdən əvvəl nömrəni bir daha yoxlayın.

Bir addım qalıb
Alış üçün hesab lazımdır

Hesab sifarişi izləmək, balans saxlamaq və kodları bir yerdə görmək üçündür. Qeydiyyat bir dəqiqə çəkir.

Qeydiyyatdan keç Hesabım var - giriş
və ya

Sifariş WhatsApp-dan tamamlanır: kart məlumatı, dekont və çatdırılma orada.