OYUN QURDU
AZ
Giriş
← Bələdçilər

Steam hədiyyə kartı Azərbaycandan necə işlədilir

Kod Steam cüzdanına əlavə olunur və oradan oyun alınır. Ən vacib şərt regiondur: kart hansı region üçündürsə, hesab da o regionda olmalıdır.

1 dəqiqəlik oxu · Yenilənib 06.09.2026
  1. 1 Hesabınızın regionunu yoxlayın Steam → sağ üstdə hesab adınız → «Hesab məlumatları». Cüzdanın valyutası orada yazılıb. Kartı həmin valyutaya uyğun alın.
  2. 2 Kodu əlavə edin Hesab məlumatları səhifəsində «Steam cüzdanınıza kod əlavə edin» keçidinə basın və kodu yazın.
  3. 3 Balansı yoxlayın Kod qəbul olunandan sonra cüzdan balansı dərhal artır. Balans sağ üstdə, adınızın altında görünür.
  4. 4 Oyunu alın Mağazadan istədiyiniz oyunu seçib ödənişdə «Steam cüzdanı» seçimini işarələyin.

Steam hədiyyə kartı birbaşa oyun deyil - hesabınızın cüzdanına pul yazır. Sonra həmin pulla istədiyiniz oyunu alırsınız.

Regionu qarışdırmaq ən çox rast gəlinən səhvdir: başqa region üçün alınmış kod «bu kod sizin bölgənizdə keçərli deyil» xətası verir və Steam onu geri qaytarmır.

Tez-tez verilən suallar
Kod işləmirsə nə etməli?

Ən çox səbəb region uyğunsuzluğudur. Kodu heç kimə göstərmədən dəstəyə yazın - sifariş nömrənizlə birlikdə yoxlayaq.

Cüzdandakı pulu geri çıxarmaq olar?

Xeyr. Steam cüzdanındakı məbləğ yalnız Steam-də xərclənir.

Bir addım qalıb
Alış üçün hesab lazımdır

Hesab sifarişi izləmək, balans saxlamaq və kodları bir yerdə görmək üçündür. Qeydiyyat bir dəqiqə çəkir.

Qeydiyyatdan keç Hesabım var - giriş
və ya

Sifariş WhatsApp-dan tamamlanır: kart məlumatı, dekont və çatdırılma orada.