Часто задаваемые вопросы
Ümumi suallar
Balansı necə artırım?+
Balans səhifəsindən məbləği seçin, göstərilən karta köçürün və dekontu yükləyin.
Qeydiyyatdan keçmədən sifariş edə bilərəm?+
Bəli, məhsullarımızı qeydiyyatsız da əldə edə bilərsiniz. Lakin hesab yaratmaq sizə əvvəlki sifarişlərinizi izləmək, saytdaxili balansdan istifadə etmək və xüsusi endirim kampaniyalarından yararlanmaq imkanı qazandırır.
Saytdakı balansımı nağdlaşdıra və ya kartıma çəkə bilərəmmi?+
Xeyr, sayta yüklənən və ya qazanılan balans yalnız platformamızdakı məhsulların alınması üçün nəzərdə tutulub. Balansın geri çəkilməsi, başqa hesaba köçürülməsi və ya nağdlaşdırılması standart qaydalara əsasən mümkün deyil.
Müştəri xidmətləriniz hansı saatlarda fəaliyyət göstərir?+
Dəstək komandamız həftənin 7 günü 10:00-24:00a kimi fasiləsiz olaraq yaranan problemləri həll etməyə və suallarınızı cavablandırmağa hazırdır. Bizimlə saytdakı canlı çat vəya whatsapp vasitəsilə anında əlaqə saxlaya bilərsiniz.
Aldığım kod işləmir, nə etməliyəm?+
Bütün rəqəmsal kodlar sistem tərəfindən yoxlanılaraq təqdim edilir. Əgər hər hansı bir xəta mesajı alırsınızsa, kodu daxil etdiyiniz ekranın şəklini çəkərək dərhal canlı dəstək xəttimizə göndərin, problem qısa müddətdə araşdırılıb həll olunacaq.
Sifarişim nə vaxt təslim ediləcək?+
Rəqəmsal məhsullar (oyun kodları, e-pinlər və s.) ödəniş təsdiqləndikdən dərhal sonra avtomatik olaraq vəya manual, adətən 5-15 dəqiqə ərzində birbaşa hesabınıza yüklənir və ya ekranda göstərilir.
Stokda olmayan məhsulu sifariş edə bilərəm?+
Xeyr, yalnız stokda (ehtiyatda) olan məhsulların sifarişi mümkündür. Bəzi məhsullara yüksək tələbat səbəbindən qısa müddətlik tükənə bilər. Anbarımız mütəmadi olaraq yenilənir, yenidən yoxlamağınız tövsiyə olunur.
Oyun hesabımın banlanma (bloklanma) təhlükəsi varmı?+
Xeyr, platformamızda satılan bütün oyun valyutaları və rəqəmsal kodlar tamamilə rəsmi distribyutorlardan əldə edilir. Yükləmələr qanuni yollarla həyata keçirildiyi üçün hesabınız üçün heç bir risk daşımır.
Hesabımın şifrəsini unutmuşam, necə bərpa edim?+
Saytın giriş bölməsindəki "Şifrəni unutdum" düyməsinə klikləyin. Qeydiyyat zamanı istifadə etdiyiniz e-poçt vəya nömrəni daxil etdikdə, sizə yeni şifrə təyin etmək üçün bərpa linki göndəriləcək.
Məlumatlarım üçüncü tərəflərlə paylaşılırmı?+
Sizin şəxsi məlumatlarınız, sifariş tarixçəniz və e-poçt ünvanınız tam məxfilik çərçivəsində qorunur və heç bir halda reklam və ya digər məqsədlər üçün üçüncü tərəflərlə paylaşılmır.
Səhv məhsul sifariş etmişəm, ləğv edə bilərəm?+
Əgər sifarişiniz hələ "Gözləmədə" statusundadırsa və icra olunmayıbsa, canlı dəstəyə müraciət edərək ləğv edə və məbləği sayt balansınıza qaytara bilərsiniz. Lakin artıq tamamlanmış və kodu ekranda göstərilmiş sifarişlərin ləğvi rəqəmsal məhsul qaydalarına əsasən mümkün deyil.